Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şahinin vəziyyəti pisləşdi: "Həkimlər 24 saat vaxt qoyub"

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin vəziyyəti pisləşib.

Mynews.az-ın məlumatına görə, bu haqda rejissorun xanımı deyib.

O bildirib ki, Ş.Zəkizadə hazırda həkim nəzarətindədir:

“Allahım bizə möcüzə ver, Şahinin vəziyyəti pisləşdi, yaxşı deyil. Ötən gün hərarəti 40-ı keçdi. İnfeksiya qapıb. Əslində yanına heç kimi buraxmırdılar, necə oldu bilmirəm. Həkim deyir ki, adi bir toz belə bu səviyyəyə gətirib çıxara bilər. Təzyiqi də düşüb. Qan vurdular, hələ düzəlməyib. Həkimlər 24 saat vaxt qoyub, ayağa qaldıracaqlar. Əgər bu gün hərarəti düşməsə, reanimatsiyaya yerləşdiriləcək. Bu da çox pis haldır. Müalicəsinin üçüncü mərhələsində kimyaterapiya alırdı. İkinci kimyaterapiyaya qədər yaxşı idi. Amma üçüncüdən sonra belə pisləşdi".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...