Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda bu müğənnilərə televiziyalar "zapret" qoyub - SİYAHI

Hansı müğənnilər televiziyalarda qadağadadır.  

Bir neçə il öncəyə qədər gündəmdə olmaq üçün müğənnilər üçün ən güclü reklam efirlər idi. Son illərdə sosial şəbəkələrin həyatımızın ayrılmaz parçasına çevrilməsi, eyni zamanda müğənnilərin şəxsi səhifələri bu asılılığı bir az azaldıb. Ancaq yenə də müğənnilər efirlərə "yox" demir. Bəzi telekanallar da öz yayım siyasətlərinə uyğun olaraq müğənnilərə efir qadağası qoyur. Bu məsələlər çox vaxt şəxsi zəmində baş verir.  

Siyahıda ilk olaraq xalq artisti Flora Kərimova gəlir. O həmkarı Zeynəb Xanlarova ilə olan qalmaqalından sonra bütün televiziyalarda qadağadadır. Flora Kərimovanın iddiasına görə, millət vəkili şəxsən özü bütün TV rəhbərlərinə zəng edərək, ona qadağa qoydurub.   

Daha bir xalq artisti Briliant Dadaşovanın isə "Lider” televiziyasında çıxışında problem var.   Müğənni Roza Zərgərli "ATV”, "Xəzər” və "Lider” telekanallarında qadağa olunanlar siyahısındadır. Səidə Sultanın adı da qadağa olan məşhur sırasındadır. Səidəyə "ATV” və "Lider” qadağa olunub. Adıçəkilən müğənnilərin ATV-də yayımlanan "Maşın şou"da iştirakına gəlincə isə, bu layihə telekanalın yox, MGP-nin olduğuna görə müğənnilər efirə çıxıb.   

Son zamandır ki, vətəndən kənarda yaşayan müğənni Ayan Babakişeyevanın da "ATV” və "Space”də çıxışına qadağa qoyulub. "Space” də Ayanla yanaşı Nura Suri də qadağadadır. Nura özü bu haqda müsahibəsində deyib: "Mənə də qadağa qoyan telekanallar var. "Space"də neçə illərdir ki, "zapret"dəyəm. Əvvəllər bu haqda açıqlama vermişdim. Məni çağırmasınlar, o telekanalda efirə çıxmaq istəmirəm. Əvvəl reytinqlərini qaldırsınlar, sonra camaata qadağa qoysunlar"  

Əkiz bacılar Sevil Sevinc də "Xəzər” telekanalında veriliş apardıqları üçün ATV də adları qadağan olunmuş məşhurlara daxildi.   Müğənni Aslan isə AZTV-nin "qara siyahısındadır". O uzun illərdi ki, AZTV sədri Arif Alışanovla "müharibə" aparır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...