Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı aktrisanın qızının toyunda vur-çatlasın - "Bəylə gəlinin romantik rəqsi" - FOTOLAR

Azərbaycanlı aktrisanın qızının toyu baş tutub. 

Mynews.az xəbər verir ki, Milli.Az-a daxil olan məlumata görə, dünən restoranlardan birində Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Yasəmən Malikin qızı Cahan Azərin məşhur türk rejissoru Savaş Çıkrak ilə toyu baş tutub. Toya bir çox sənət adamları qatılıb. Açıq havada baş tutan toy gecə saat 1-ə kimi davam edib.

Qeyd edək ki, aktrisamızın qızı Cahan Azər bir müddət Azərbaycanda rejissor və dublyaj sahəsində çalışıb, Türkiyədə magistr təhsili alıb. O, həm də Türkiyənin ən məşhur serialları olan "Şefkat tepe"də, "Qalib Dərviş"də çəkilib. Savaş Çıkrak isə Türkiyənin bir neçə məşhur televiziyasında, o cümlədən Habertürk kanalında rejissor vəzifəsində çalışır. Onunla bağlı Türkiyə mətbuatında "Bülənt Ərsoyun heç sevmədiyi, Hülya Avşarın isə lap çox sevdiyi rejissor" adlı yazılar dərc olunub. Cahan xanım və Savaş bəy hazırda qonşu ölkədə "Doyuran kareler" adlı sosial layihənin rəhbəri və yaradıcılarıdır. Onlar küçə heyvanlarına alınan qida qarşılığında insanları pulsuz fotosessiya edirlər.

 

 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...