Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səmra Rəhimli nəyin sayəsində uğur qazandı? - Səsinin, yoxsa... - FOTOLAR

Azərbaycan şou aləmində ən maraqla izlənən, haqqında ən çox danışılan şəxslərdən biri Səmra Rəhimlidir. Səmranın cəmi 23 yaşı olsa da, artıq neçə ildir ki, şou-biznesin mərkəzinə gəlməyi bacarıb.

Mynews.az A24.Az-a istinadən haqqında ən çox danışılan müğənninin həyat yoluna qısa ekskursiya edir:

Səmra Rəhimli 20 oktyabr 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlayıb.


Daha çox “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil etdikdən sonra dilə-dişə düşən Səmra əslində bundan əvvəl də xeyli cəsarətli addımlar atıb.

Müğənni 2015-ci ildə təkcə regionda deyil, dünyada maraqla izlənən müsabiqələrdən olan “O ses Türkiye” yarışmasına qatılıb.

Səsindən daha çox geyimi, performansı, bədən quruluşuna görə danışıldığı deyilən Səmra Rəhimli yarışmada ilk “Kör Seçmeler” mərhələsində “Simply The Best” mahnısını ifa edir.  Hadisənin komandasında yarışan Səmra yekununda repçi Zeo Jaweeda məğlub olur.

Səmra Rəhimli 2015-ci ildə “Səs Azərbaycan” layihəsinə qatılır. Xeyli uğurla davam edən Səmra final mərhələsində məğlub olaraq yarışmanın 4-cüsü olur.  

Bundan sonra Səmranın həyatında daha ciddi mərhələ başlayır. O, Azərbaycanı dünya səviyyəli “Eorovision” mahnı müsabiqəsində təmsil edir. Haqqında danışılmaqda olan bütün səbəblər də elə bundan sonra başlanır.

Müsabiqədə 17-ci yeri tutan müğənni Azərbaycanda indiyədək ən çox müzakirə olunan təmsilçilərdəndir.

Belə ki, Səmra müsabiqə boyu və ondan sonra geyindiyi açıq-saçıq geyimlər və verdiyi pozlarla kimlərisə hiddətləndirir, kimlərinsə zövqünü oxşayır.

Səmranın ən çox tənqid olunduğu məqam isə onun Niderland təmsilçisinin qucağında çəkdirdiyi fotodur.

Əksər insanlar Səmra Rəhimlinin səsinin deyil, açıq-saçıq geyimlərinin hesabına tanındığını desə də, müğənninin iştirak etdiyi beynəlxalq yarışlar və bu yarışlarda qazandığı uğurlar onun səsinin gücündən və sənətindən xəbər verir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...