Əli Mirəliyev - “Biabırçılıqların səbəbkarı Fatma Abdullazadə idi”
Millət vəkili Fazil Mustafa müğənni Əli Mirəliyevin Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunan Fatma Abdullazadə barədə səsləndirdiyi tənqidi fikirlərini dəstəkləyib.
Millət vəkili "Həqiqətən də bu adların verilməsi məsələsində olan ədalətsizlik başqa sahələrdəkindən daha bariz görünür. Ümumiyyətlə bu mənasız adpaylamadan ya imtina etmək lazımdır, la da layiqsizlərin gözünə heç olmazsa bir-iki layiq olanı da qatmaq lazımdır ki, ədalətsizlik açıq-aşkar görünməsin” yazıb.
"Qaynarinfo” Fazil Mustafanın çıxışına Əli Mirəliyevin fikirlərini öyrənib. Həmişəki kimi sərt üslubu ilə fərqlənən müğənni layiq olmayanlara fəxri adlar verildiyini bildirib:
"Məgər Mirzə Cəlil pul verib Mirzə Cəlil olub, Füzuli pul verib Füzuli olub, Vahid pul verib Vahid olub? Bunlar hamısı xalqın içindən çıxmış sadə insanlardır ki, adlarını tarixə yazdıra biliblər. Bu ad almaq hamısı sovet dövründən millətin beynində qalmış lazımsız bir şeydir. İndi insanlar sənətçini, sənətkarı gördüyü işlərlə yox, adıyla tanıyırlar. Fikir verin, Qulu Əsgərov üçün verilişlər hazırlayırlar, mahnılarını, musiqilərini dinləyirlər. Bəs necə olur ki, Qulu Əsgərov adsız gedir dünyadan? İndi deyirlər guya Fatma Abdullazadəni işdən çıxarıblar. Elə düz eləyiblər. Hamsını o edirdi. Prezident hər şeydən xəbər tuta bilmir, xəbəri yoxdu axı kimin sənəti necədir. Elə bütün biabırçılıqların səbəbkarı, Faiq, Aygün kimilərə ad verən Fatma idi. Mən dünyanın 40-dan çox ölkəsində Azərbaycanı təmsil eləmişəm, amma Məşədi İbad demiş "qalmışam hasarın o yanında, onlar gəlib çıxıblar bu yanına”. Ehh, bivəfa dünya… Korsunuz bəyəm? Məni görmürsünüz? Yaxşı, Hüseynbala ölüb, Akifin səsi batıb, bəs mən? Mənki yaşayıram, 69 yaşım var və hələ də oxuyuram. Müqayisəyə qalsa, onların heç birisi mənim gördüyüm işlərin yarısını görə bilməzlər. Həm də dəfələrlə demişəm, əgər ad veriləcəksə, o adın yanında artist ifadəsi olmasın. Biz uşaq vaxtı artist oyunbazlara deyirdik. Qoy elə öz adımla ölüb gedim. Fazil bəy də çox sağ olsun. Həqiqətən də millət vəkilləri arasında ən çox simasını qoruyan, sözübütöv, hər zaman haqqı deyən tək-tük siyasətçilərdəndir. Və onu öpürəm, bağrıma basıram”.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 970 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub