Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Milyarderin qızı Aysel ona gələn evlilik təklifinə görün nə cavab verdi - VİDEO

"Səni çox sevirəm! Səninlə ailə qurmaq istəyirəm! Mənə ərə gələrsən?"

Qazaxıstandan olan tələbə, 22 yaşlı Aysel Nurmuhambetova diplom alarkən tələbə yoldaşından bu sözləri eşitdi.

A.Nurmuhambetovaya evlənməyi təklif edən onun həmyerlisi, 22 yaşlı İbrahim Taşim idi.

Aysel Nurmuhambetovanın atası Qazaxıstanın tanınmış və nüfuzlu iş adamı, milyarderdir.

Olay Şotlandiyadakı Aberdin Universitetinin "Elphinstone Hallat" zalında yaşanıb.

İqtisadiyyat və maliyyə fakültəsini bitirərək magistr diplomu alan Aysel səhnədə olanda İbrahim Taşim ona yaxınlaşıb və evlənməyi təklif edib.

Daha sonra o, Ayselin barmağına üzük taxıb.

Çaşbaş qalan və utanan Aysel tələsik səhnədən enib.

İ.Taşimin dediyinə görə, onlar Qazaxıstana qayıdandan sonra evlənəcəklər.

.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...