Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Lətifə Soyuöz - “Haramsa açılsa, dərhal oranı örtərəm” - VİDEO

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Lətifə Soyuöz maraqlı açıqlamalar verib.

Müğənni ilk olaraq geyimlərlə bağlı kompleksi olmadığını bildirib:

"Geyimlərlə əlaqəli heç bir komplesim yoxdur. Səhnə adamı olduğum üçün kompleks hiss etmirəm. Sözsüz ki, səhnəyə geyindiyimiz paltarı biz gündəlik istifadə etmirik. Əgər geyimin hansısa hissəsində problemin olduğunu görsəm, dərhal oranı örtərəm. Çəkim 80 kilodan artıq olanda qapalı və uzun geyinirdim. Amma arıqladıqdan sonra şortları çox sevdiyim üçün geyinməyə başladım. Bəzən qarderobu açıram və deyirəm ki, nə geyinim? Qapalı bir şey geymək istəyirəm. Baxıram ki, qarderob başdan-aşağı şortlardan ibarətdir”.

Daha sonra sənətçi, şou-biznes əhlindən söz açıb:

"Şou-biznes əhli ilə çox iç-içə deyiləm. Şou-biznesə çox daxil olmuram. Məni kiminləsə oturan görməzsiz. Ancaq öz ətrafım, öz komandamla bərabər gedib hardasa otururuq. Hətta tədbirlərə belə gedəndə, çalışıram ki, şou əhlindən uzaq olum. Çünki söz-söhbətlər məni yorur”.

Bəzi həmkarlarının sənətini bəyənmədiyini söyləyən Lətifə xanım, elə həmin insanların efirlər sayəsində gündəmdə qaldığını dilə gətirib:

"Nə qədər böyük layihələr hazırlayırsan hazırla, hər gün efirdə olan və heç bir şey etməyən insan səndən daha çox tanınır və sevilməyə başlayır. Musiqisi sıfıra bərabər belə olsa. Müğənilər var ki, mən onların oxu tərzini qəbul etmirəm və onlar mənə görə deyil. Onlar baxmır ki, hara getmək olar, ya olmaz. Ancaq mənim üçün önəmlidir. Gedəcəyim yeri seçirəm”.

Şəxsi həyatından da danışan müğənni, boşandıqdan sonra həyatında böyük dəyişikliklərin olmadığını söyləyib:

"Bircə o dəyişdi ki, şəxsiyyət vəsiqəmdə "ailəli” sözü daha yazılmır. Başqa sizə deyim ki, həyat tərzim dəyişdi, insanlara qarşı münasibətim dəyişdi, özümə qarşı münasibətim dəyişdi, yox. Əyləncəli və ciddi tərəfimlə necəydimsə, elə də qalmışam. Kədərləndiyim məqamlar oldu. Güvən hissi bir qədər məhv oldu. Sonra düşündüm ki, insanlara güvənmək lazımdır. Kimdəsə alınmayıbsa, ikinci dəfə də ailə qura bilər. Seçiciyəm. Növbəti dəfə xətaya düşmək istəmirəm. Amma, əlbəttə ki, sevgi ilə bağlı qığılcımlar olur. Baxıram ki, ola bilər. Düşündüyüm insanlar var. Ancaq bu, gələcəyin işidir”.

Sonda boşanmasına səbəb olan insandan da danışan müğənni heç nə üçün peşman olmadığını söyləyərək, eksklüziv açıqlamalar verib:

"Əlbəttə ki, həmin qadının kimliyi mənə maraqlı idi. Ortada 10 illik bir ailə həyatım var idi. Mənə maraqlı idi ki, o, kimdi. Tapdım. Gördüm ki, heç də peşman olmamalıyam. Üzülməyimə dəyməz. Düşünürəm ki, bu, həyat yoldaşımın bir səhvi idi. Mən ona xoşbəxtlik arzulayıram. Çünki xoşbəxt olmağa layiq bir insan idi. Ola bilsin alınmadı”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...