Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məmurun ev bağışladığı Məleykə Əsədova LOVĞALANDI - "Gözəlliyimin səbəbi..."

Xalq artisti Məleykə Əsədova 90-cı illərdə şəklinin şokolad qutularının üzərinə vurulmasından danışıb. 

BiG.AZ xəbər verir ki, o, buhaqda "10-dan sonra" verilişində danışıb.

O bildirib ki, həmin şəkillər müqavilə əsasında qutulara vurulub: 

"1997-1998-ci illərdə həmin şokolad qutuları Türkiyədən gətirilirdi. Müqaviləmiz var idi. Qutulara mənim rəsmlərim vurulurdu, amma bir-iki ildən sonra dayandırdım, icazə vermədim. Özü də tapşırırdım ki, mənim şəklim olan qutularda keyfiyyətli şokoladlar olsun. Mələkxanım Əyyubovanın da şəkilləri vurulurdu. Amma sonra şəkillər çoxaldı, biz istəmədik". 

Məleykə Əsədova gözəlliyinin genetika ilə bağlı olduğunu deyib: 

"Gözəlliyimin səbəbi genetikamdır, anamdan, atamdan keçən qandır. Mən hər şeydə gözəllik axtarıram. Pis nə varsa, ondan qaçıram. Məni ruhdan salmaq üçün dedi-qodu yayanların xəbərləri yoxdur ki, onlara gülürəm və ruhlanıram. Daha da yeni obrazlar, şeirlər, musiqi gələcək. Sentyabrda yeni obrazımla mövsümü açacağıq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...