Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xalq artisti Azərbaycanda heç kimin etmədiyini reallaşdıracaq

Yerli şou biznesimizin divası Aygün Kazımova Bodrumdan vətənə dönüb.

Aygün Kazımova rəsmi İnstaqram hesabından canlı bağlantı edərək, onu izləyənlərin suallarını cavablandırıb və xeyli müddətdir hazırlaşdığı "Beynəlxalq layihəsi"dən söhbət açıb:

"Həyatımın konsertinə hazırlaşıram. Bu ayın sonu artıq konsertimin biletləri satışa çıxacaq. Bircə onu deyə bilərəm ki, Azərbaycanda belə konserti hələ heç bir həmkarım etməyim. Bu ilk də mənim adımla bağlıdır. Bundan sonra kim edərsə, mən ona uğur arzu edərəm".

Qeyd edək ki, bu il xalq artisti Aygün Kazımovanın səhnə fəaliyyətinin 30 illiyi tamam olur. Bu münasibətlə diva sentyabr ayının 22-si Azərbaycanın ən böyük konsert salonu olan "Crystal Hall"da solo konsert proqramı ilə çıxış edəcək. Konsert layihəsi üzərində dünyanın bir çox ölkələrindən, o cümlədən, İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək.

Yaxın günlərdə Aygün Kazımova mətbuat konfransı edərək, media nümayəndələrinin suallarını cavablandıracaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...