Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmış müğənni boşanma səbəbini açıqladı - "Hələ də bilmirəm ki..."

Tanınmış türkiyəli müğənni Emre Altuğ "Duymayan kalmasın" proqramında şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Mynews.az "Habertürk"ə istinadən xəbər verir ki, bir müddət əvvəl Çağla Şikellə 10 illik evliliyinə son qoyan müğənni səmimi etiraflar edib. O, deyib ki, boşanandan sonra Çağlanın yaşadığı evin yerləşdiyi küçənin digər tərəfində yaşamağa başlayıb: "Əslində onunla boşanmaq istəmədik, həyat bizi bu yola gətirdi. Evlənəndən sonra heç bir işlə məşğul olmurdum, musiqi sahəsindən geri çəkilmişdim. Özümü tamamilə ailəyə həsr etdim. Uşağımız olsun istəyirdik və dərhal övladımız dünyaya gəldi. Çağla düşündüyümdən də yaxşı ana oldu. Onunla niyə boşandığımı düzü heç xatırlamıram. Hələ də mənə və Çağlaya mesaj yazıb bizi birləşdirmək istəyənlər var. Amma belə etməsinlər. 10 il az zaman deyil, onunla heç dalaşmadıq, amma bəzi şeylər yollarımızı ayırdı. O və uşaqlarım mənim üçün əvvəlkitək doğmadır. Elə buna görə də Çağlanın yaşadığı küçənin digər tərəfində yaşayıram. Bu günlərdə onun evinin hasarında mühafizəçilər oğrunu görən kimi mənə zəng etdilər. 2 dəqiqəyə özümü ora çatdırdım, məsələni həll etdik. Həmin vaxt isə Çağla yuxuda idi və heç nədən xəbəri yox idi. Yəni biz indi də bir-birimizin yanındayıq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...