Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qəssab Nüsrət geyimlərinə sərvət ödədi

Sosial şəbəkədə paylaşdığı videolar sayəsində bütün dünyada fenomen halına gələn qəssab Nüsrət Gökçe geyimlərinə sərvət xərcləyib.

Mynews.az xəbər verir ki, italyan tərzində pencəkləri sevən məşhur iş adamı İstanbuldakı bir mağazadan aldığı iki pencəyə 23 min TL-ə (təxminən 11500 manat) ödəyib.

Xatırladaq ki, Nüsrət Gökçe bu yaxınlarda 330 min TL-yə (təxminən 165 min manat) aldığı saatı və 230 min Tl-yə olan (təxminən 115 min manat) avtomobili ilə gündəmə gəlmişdi. (publika.az)
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...