Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hindistanın məşhur aktyoru Bakıda

Bu gün Hindistanın məşhur aktyoru Avinash Sachdev Bakıya gəlib.

Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, sabah saat 12:00-da "Fairmont" otelində Bollywood ulduzunun mətbuat konfransı keçiriləcək.

"Azərbaycan-Türkiyə Evinin" dəvəti ilə paytaxtımıza təşrif buyuran aktyorun iyunun 28-də Nizami Kino Mərkəzində sevənləri ilə görüşü və imza günü olacaq.

Qeyd edək ki, Avinash Sachdev, hazırda Türkiyənin "Kanal 7" televiziyasında yayımlanan "Tatlı Bela" serialının əsas qəhrəmanıdır və Türkiyə ilə yanaşı İranda, Ərəb ölkələrində, Latın Amerikasında, Rusiyada, Azərbaycanda, Gürcüstanda və hətta Ermənistanda da çox tanınır və sevilir. Bu ölkələrdən dəfələrlə dəvət olunsa da aktyor ilk olaraq Azərbaycana gəlməyi seçib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...