Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Atası 7 il həbsdə yatdı, düşməninin qızı ilə sevgili oldu" - İzzət Bağırovdan gündəmi alt-üst edən XƏBƏR

Əməkdar artist İzzət Bağırov filmə çəkilir. Müğənninin öz ssenarisi əsasında çəkilən filmdə baş rolu da özü canlandıracaq.

Mynews.az xəbər verir ki, bu barədə Yenicag.az-a filmin rejissoru Samir Qulamov açıqlama verib. Onun sözlərinə görə, film bir zamanlar dost olan iki ailədən bəhs edir:

“Cavad rolunu canlandıran İzzət Bağırov atasının düşməni olan bir qıza aşiq olur. Lakin bu məhəbbət hər iki ailə tərəfindən qəbul olunmur. Onun atası günahsız yerə 7 il həbsxanada yatır. Ailənin bütün qayğıları Cavadın üzərinə düşür. Həbsdən çıxan atasının qisas almaması üçün oğlu nə qədər çalışsa da, buna nail ola bilmir. Bu da faciəyə yol açır. Hamısını danışsam, tamaşaçı üçün maraqsız olar”.

İ. Bağırovun sevdiyi qız – Dəniz obrazını gənc və cazibədar aktrisa Gülşən Hüseynli canlandıracaq. Melodrama janrında ərsəyə gələn filmdə əməkdar artistlər Xalidə Quliyeva, Kazım Abdullayev, Mehriban Xanlarova rol alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...