Elza Seyidcahandan biabırçı şeir - "Kimlər verdi, kimlər çaldı"
Əməkdar artist Elza Seyidcahan yeni şeiri ilə yenidən gündəmi zəbt edib.
Elza Seyidcahan "Əldən getdi" adlı yeni şeirini izləyiciləri ilə bölüşüb.
Oxucularımıza həmin şeiri təqdim edirik.
Əldən getdi
Kimin üçün isə
Həmişə özümü qorumuşam
Kimə görə isə
Həmişə onu soyutmuşam
Qorxutmuşam
Qovrulmuşam
Ancaq onu qorumuşam
Ona görə onu qorumuşam ki,
Gözəlliyim əldən getsin
Getsin, getsin
Bir də gördüm
Qorumağa dəyməz artıq
Çünki hər şey əldən getdi,
Getdi, getdi.
Nə qaldı ki, bu həyatda?
Kimlər getdi, kimlər qaldı
Kimlər yatdı, kimlər baxdı
Kimlər qaçdı, kimlər satdı
Kimlər yedi, kimlər acdı
Kimlər basdı, kimlər asdı
Kimlər aldı, kimlər verdi
Kimlər çaldı mən oynadım
Kimlər yazdı mən oxudum
Satdım gözəlliklərimi alanlara
Verdim gözəlliklərimi yatanlara
Tökdüm gözəlliklərimi yananlara
Sönsünlər, sönsünlər, yanmasınlar.
Qorumağa dəyməz artıq
Gözəlliyim əldən getdi
Gözəlliyim əldən getdi.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1005 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 964 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 954 dəfə oxunub