Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhurlarımız hansı falçının yanına gedir? - SORĞU

Falçılara çox adam inanmadığını desə də, yenə də onların qapısında növbə olur... Bəs, məşhurlar falçı yanına gedir?

Mynews.az Metbuat.az-a istinadən bu sualla məşhurlara müraciət edib:

Xalq artisti Flora Kərimova: “Xeyir, heç vaxt falçı yanında olmamışam. Ümumiyyətlə, mən belə şeylərə inanmıram”.

Xalq artisti Arif Quliyev: “Heç vaxt falçı yanında olmamışam. Amma bəziləri var ki, həqiqətən gələcəyi görə bilirlər. Vergi verilmək deyilən bir şey var. Yaxşı falçı olsa, yanına gedərəm”.

Əməkdar artist Dilarə Əliyeva: “Mən heç vaxt falçılara inanmamışam və onların yanına getməmişəm"

Aktrisa Ülviyyə Əliyeva: “Yox, mən inanmıram. Hər şey Allahın yazısıdır. Qismətdə nə varsa, onu da yaşayacağıq. Elə yerlərə heç vaxt getməmişəm”.

Müğənni Xurman Şuşalı: “Allah bağışlasın, vaxtında falçı yanına getmişəm. Amma indi inanmıram, getmirəm. Heç kəsə də getməyi məsləhət görmürəm. Allahdan başqa insanın gələcəyini heç kəs bilə bilməz”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...