Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Şou-biznesin səs-küyündən, dedi-qodusundan baş götürüb..."

Bir müddət öncə İstanbula istirahətə yollanan müğənni Nadir Qafarzadə Azərbaycana qayıdıb.

BiG.AZ-a açıqlama verən ifaçı bildirib ki, sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə məxsus “Yalan oldu ümidlərim” adlı mahnını fərqli üslubda dinləyicilərin ixtiyarına verib: 

“Şou-biznesin səs-küyündən, dedi-qodusundan baş götürüb, ailəmlə birgə İstanbula istirahətə getmişdim. Mənim üçün ən gözəl istirahət ailəmlə birgə keçirdiyim dəqiqələrdir. İstirahətdən qayıdar-qayıtmaz yaradıcılıq işlərimə start verdim. “Yalan oldu ümidlərim” adlı mahnımı çoxdan yazdırsam da, indi mətbuata təqdim edirəm. Musiqi ilə, sözləri çox ürəyimcədir. Sözlər həyatda yaşadıqlarımın nəticəsidir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...