Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaur Baxşəliyevin şaftalı ağacından yıxılaraq ölməsi ilə bağlı ATV-dən rəsmi açıqlama

Bu gün ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyevin ölüm xəbəri yayılıb. Məlumatda bildirilir ki, o şaftalı ağacından yıxılaraq dünyasını dəyişib. Hətta sosial şəbəkədə hər kəs bununla bağlı məşhur aparıcının fotolarını paylaşaraq təəssüfləndiklərini bildirirlər.

Sözügedən məsələ ilə bağlı ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov unikal.org-a açıqlama verib.

Bildirib ki, bu xəbəri ilk dəfə indi eşidib. “Bu məlumatdan indi xəbərim oldu və nə dərəcədə doğru olduğunu öyrənmək üçün Zaurla əlaqə saxladım. Bu bir kobud zarafata oxşayır. Zaur Baxşəliyevin ölümü ilə bağlı yayılan məlumat əsassızdır. Bir az öncə Zaurla danışdım. Zaur bildirib ki, məlumat yalnışdır. Narahatçılığa əsas yoxdur. Həmçinin onu da deyim ki, o, bu gün də iş başında olub. Zaurun şaftalı ağacında nə işi var ki, dünyasını da dəyişsin. Bu bir zarafatdır və belə informasiyaların yayılması insanların sevgisindən irəli gəlir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...