Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qızını erməni milyonçunun oğluna ərə verən Eldar Osmanov kimdir? - toydan fotolar+video

Rusiyalı iş adamı Eldar Osmanovun qızı Lolita sahibkar Albert Avdolyanın oğlu Qaspara ərə gedib. 

Mynews.az Axşam.az-a istinadən xəbər verir ki, 600 milyon rublluq (təxminən 17 milyon 200 min manat) toy hər il Los-Ancelesdə “Oskar” mükafatlandırma mərasiminin keçirildiyi “Dolby Theatre” zalında olub. Dəbdəbəli toy mərasimində dünya ulduzları da iştirak edib. 

Gecənin qonaqları arasında Ledi Qaqa, Ceyson Derulo və Rusiya şou-biznesinin tanınmış nümayəndələri olub. Aparıcılıq isə Kseniya Sobçak və Andrey Malaxova həvalə edilib. Salona dəbdəbəli gəlinliklə daxil olan Lolitanın libasının qiyməti hələlik məlum deyil. 

Qeyd edək ki, Eldar Osmanovun kapitalının dəyəri haqda məlumat olmasa da, Albert Avdolyanın sərvətinin 800 milyon dollar olduğu bildirilir. 

Sosial mediada çoxları Eldar Osmanovun adına görə onun azərbaycanlı olduğunu təxmin etsələr də, biznesmen Rusiyanın türkdilli xalqının yaşadığı Kabardin-Balkar Muxtar Respublikasında anadan olub. O, doğulduğu Babugent kəndində çoxlu xeyriyyə işləri görüb. Bu fəaliyyətinə görə Osmanov Kabardin-Balkar parlamentinin fəxri fərmanı ilə təltif olunub.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...