Elza Seyidcahan iş adamına ərə gedir? - "Nə olacağını gələcək göstərər"
Son günlər mətbuatda yer alan xəbərlərə görə, əməkdar artist, bəstəkar Elza Seyidcahana bir iş adamı evlənmə təklifi edib. O da bildirilir ki, həmin iş adamı müğənninin şeirlərini və özünü bəyəndiyi üçün bu təklifi edib. Məsələ ilə əlaqədar Ailem.az Elza Seyidcahanın fikirlərini öyrənib. Sənətçi bu xəbərin yalan olduğunu deyib: "Mənim şeirlərimi çoxları bəyənir. Amma yazılan bu xəbərlər tamamilə yanlışdır. Bilmirəm, şəxsi həyatımla bağlı bu şayiələri yaymaq kimin nəyinə lazımdır? Mən şəxsi həyatımla bağlı danışmağı sevmirəm və bununla gündəmə gəlmək istəmirəm".
Belə bir hadisə olarsa, əvvəlcə özünün bu barədə məlumat verəcəyini vurğulayan əməkdar artist bunun qəbahətli və gizlədiləcək bir hal olmadığını dilə gətirdi: "Mən heç vaxt elə iş tutmamışam ki, gizlədim. Həmişə sənətimlə, yaradıcılığımla məşğul olmuşam. Övladımın toyunda da qapılarım hər kəsin üzünə açıq idi.
Əlbəttə ki, hər bir qadın xoşbəxt olmağa layiqdir. Bu həyatda heç kəs, heç nədən sığortalanmayıb. Mən həyatımdan, sənətimdən, pərəstişkarlarımdan məmnunam. Gözəl övladlarım, nəvəm var. Amma bir də görərsən, planlaşdırmadığım şəkildə Allah həyatımı elə dəyişdi ki… Əlbəttə, haqqımda yazılanlar şayiədir, amma yenə deyirəm, qismət Allahın əlindədir. Həyat davam edir və nə olacağını gələcək göstərər".
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 958 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 929 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 919 dəfə oxunub