Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Kara sevda"dan daha bir siyasi mesaj - VİDEO

"Kara sevda"nın dünən yayımlanan seriyasında Emir (Kaan Urqancıoğlu) və Kamal (Burak Özçivit) arasındakı "hə-yox" dialoqu maraqla qarşılanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən həftə də bir səhnəsi ilə ölkədə keçiriləcək referenduma işarə etdiyi deyilən ekran işi bu həftə də eyni üsula əl atıb.

Serialda Kamalın "Yox", Emirin isə "Hə" deyə qışqırdığı səhnədə son zamanlar referenduma "hə" və "yox" deyənləri nəzərdə tutulduğu iddia edilir.

Sosial mediada da bu səhnə referenduma mesaj kimi qiymətləndirilib.

Qeyd edək ki, Türkiyənin parlamentli respublikadan prezident respublikasına keçidi üçün nəzərdə tutulan xalq səsverməsi məşhurları iki hissəyə bölüb. Onların bəziləri fanatlarını referenduma "Yox" deməyə səsləsə də, digərləri bunun əksinin kampaniyasını aparır.

 

 
     

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...