Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhurlar yay istirahətinə nə qədər pul xərcləyəcək? - SORĞU

Mynews.az məşhurlar arasında sorğu keçirib. Onlar “Yay tətilini harada keçirəcəksiniz və səmərəli istirahət üçün sizə nə qədər məbləğ kifayət edər?” sualını cavablandırıb.

Xalq artisti Firəngiz Mütəllimova:

“Teatr mövsümü hələ bağlanmayıb. Mövsüm bitdikdə artıq istirahət planları başlayacaq”.

Xalq artisti Aygün Kazımova:

“Hələ yay ayları başlamazdan da əvvəl hər gün məşqdəyəm. Sentyabrın 22-də karyeramın 30 illiyi münasibətilə möhtəşəm konsert proqramım baş tutacaq. Məşq prosesi elə konsert gününə qədər davam edəcək. Sənətkar üçün bundan gözəl nə istirahət ola bilər?!”

Aparıcı Günel Hümbətova:

“İyun ayında qızım, həyat yoldaşım və mən 10 gün müddətində Bodrumda dincəldik. Məbləği açıqlamayacağam (gülür). Hazırda dəb düşüb, məşhur simalar, bloqerlər reklam qarşılığında pulsuz istirahətə yollanırlar. Lakin biz öz hesabımıza dincəlmişik. Ailəmlə birlikdə iyul və avqust aylarında Avropada istirahət edib qayıtdıqdan sonra Azərbaycanın rayonlarında dincəlməyi planlaşdırırıq. Dəbdəbədən, şəhərin səs-küyündən uzaq kənd həyatında dincəlmək istəyirəm”.

Stilist Samiraldo:

“İyul ayında Bakı kəndləri və rayonlarda istirahət edəcəyəm. Avqustda isə dincəlmək üçün Türkiyəyə yola düşəcəyəm. Yay istirahətimə 10 min manat ayırmışam”.

Aparıcı, aktrisa Zümrüd Qasımova:

“Hazırda Moskva şəhərindəyəm. Üç həftədir ki, ARB TV-dən Rusiyanın “Birinci” kanalında təcrübə keçməyə yollanmışam. Burada təhsilim bitdikdən sonra bir həftə müddətində Bodrumda dincələcəyəm. Sonra yenidən iş başında olacağam. Yeni mövsüm üçün ciddi hazırlıqlara başlayacağam”.

Müğənni Emil Bədəlov:

“Bu yay vətəndə olacağam. Çünki ikinci övladım dünyaya gəlməlidir. Ona görə heç yerə dincəlməyə getməyəcəyik”.

Müğənni Könül Kərimova:

“Bağımda istirahət edəcəyəm. Hələ ki, haradasa dincəlməyi düşünmürəm”.

Müğənni Leyla Ramazanlı:

“Mənim üçün harada dincəlməyimin fərqi yoxdur, əsas odur ki, yaxşı istirahət edə bilim. Azərbaycan və ya xarici ölkədə isə qiymətlər getdiyim məkana görə dəyişir”.

Aparıcı, müğənni, bəstəkar Murad Arif:

“Cavan ailəyik. Övladlarımızı nənə, xala və ya bibiyə tapşırıb gedəndə, istənilən yerdə yaxşı istirahət edə bilirik. İyun ayında Stokholmda dincəldik, orada evimiz, yaxşı şəraitimiz var. Buna görə orada çox pul xərcləmədim, sadəcə, alış-veriş etdim. İyulda Abşeronda, avqustda isə Şəkidə dincələcəyik. Xarici ölkədə istirahət üçün bilet pulu ilə birlikdə 5-6 min dollar xərclədim”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...