Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Maşın gözümdən elə düşdü ki..." - Oksana

Rəqqasə Oksana Rəsulova “Maşın” realiti-şousundakı iştirakından danışıb.

Mynews.az-ın məlumatına görə, sənətçi “ATV kulis”ə açıqlamasında deyib ki, oyunda yer alan rejissor Aqil M.Quliyev və aktyor İslam Mehrəliyev onu məyus edib:

“Şoudan sonra hələ də özümə gələ bilməmişəm. Oyuna qatılmazdən əvvəl dostlarla oturanda fikirləşdim ki, kimdən mənə zərbə gəlməz? Dörd ad çəkdim, onlardan ikisində yanıldım. Aqil M.Quliyev və İslamdan elə hərəkət gözləmirdim. Fərda Xudaverdiyev və Nadir Qafarzadə isə məni yanıltmadı. Həmin insanlarla danışıram da, üz-üzə gəlirəm də. Kimdənsə incimişəmsə, içimdə saxlamışam. Bəzilərinə keçmişəm, amma biri var səhvini başa düşmür. Onu həyatımdan uzaqlaşdırdım”.

O.Rəsulova finala yaxınlaşanda iştirakçılar İ.Mehrəliyev və Elcan Rəsulova pul təklif etməsinə aydınlıq gətirib:

"Çoxları buna görə məni qınadı. Amma bu söhbət əvvəl də olmuşdu. 18 gün içində o qədər efirə verilməyən şeylər danışıldı ki... Biri qarğış etdi, biri tənqid. Maşın gözümdən o qədər düşdü ki... İstəsəydim avtomobili udardım. Bir ayaq üstə belə durub onu qazanardım. Pul söhbətinə gəldikdə, mən qalib olsaydım üç yerə bölərdim. Elcan da dedi ki, qalib olum, masın sizə qalsın. Amma İslam əvvəl dedi yarısını istəyirəm, sonra axıra qədər qalmağa qərar verdi".

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...