Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İki yaşlı Zəhranın yas günü çal-çağır edən ƏKİZLƏR qınağa belə cavab verdi - "Qardaşımız hər şeydən..."

Əkiz bacılar, müğəni Sevinc və Sevil Səfərovalar qınaqlara cavab verib.

Erməni gülləsinə tuş gələrək həlak olan Quliyeva Zəhranın torpağa tapşırıldığı gün qardaşları Anara toy etmələri ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Mynews.az sonxeber.az-a istinadən bildirir ki, əkizlər onları qınayanlara belə cavab verib:

"Əminəm ki dediklərimizlə razılaşarsız. Çünki hər kəs üçün ilk öncə ailəsidir. Dünən bizim üçün ən önəmli gün idi, bizim bircə qardaşımız var və onun üçün hər şeyi qurban verərik. Bəzən elə rəylər, saytlarda elə başlıqlar görürəm ki, fikirləşirəm, görəsən bunu yazanın ailəsi yoxdur. Gəlin, hamı öz həyatına, əməllərinə özü cavab versin. Hər bir kəs öz günahlarına cavab versin. Toyumuza gələn dostlarımız, başımızı uca etdiniz".

İki yaşlı Zəhranın yas günü çal-çağır edən ƏKİZLƏR qınağa belə cavab verdi: "Qardaşımız hər şeydən..."

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...