Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nüşabə Ələsgərli efirdə göz yaşlarına boğuldu - “Allah mənə dərd verdi”

“Lider TV”-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.

Aparıcılığını müğənni Nazənin etdiyi proqramda N.Ələsgərli sənətə ilk addımlarından danışıb:

“İlk dəfə efirə Cahangir Cahangirovun bəstəsi olan “Məni atdın ay qız”la çıxmışam. Həmin mahnını Rafiq Babayev aranjiman etmişdi. O vaxt AzTV-də gecə verilişində bu mahnını oxudum. Daha sonra 1994-cü ildə “Ay ləli yar”ı oxudum. Ondan sonra məni küçədə hamı tanıdı. Beləcə, sevilməyə başladım”.

Anasının və bacısının ölümündən danışan N.Ələsgərli göz yaşlarını saxlaya bilməyib:

“Hər zaman problemlərim olub. Gözümü açandan zəhmətkeş qarışqa olmuşam. Problemsiz günüm yox idi. Heç bir zaman dərdim olmayıb. Daha sonra Allah mənə dərd verdi. Anam, bacım dünyasını dəyişdi”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...