Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Ərizəmi yazıb getmişəm" - Ülvira

ARB-nin aparıcısı Ülvira Qarayeva telekanalla yollarını ayırması haqda xəbərlərə münasibət bildirib.

Mynews.az-ın məlumatına görə, Axşam.az-a danışan Ülvira deyib ki, hazırda istirahət edir. Fəaliyyətini hansı istiqamətdə davam edəcəyinə isə yeni mövsümdə qərar verəcək:

"Televiziya mövsümü başa çatıb. Buna görə də kanalın bütün aparıcıları öz istəklərilə ərizələrini yazıblar. Mən də ərizəmi yazıb getmişəm. 2 ay istirahət edəcəm. Kanalda qalıb-qalmayacağıma yeni mövsümdə qərar verəcəm".

Xatırladaq ki, Ü.Qarayeva ANS telekanalının fəaliyyəti dayandıqdan sonra ARB-yə keçmişdi. O, "Ferma" və "Yarımada" verilişlərinin aparıcılığını edirdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...