Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Deyirlər, Aygün, Röya, Faiq yağın içində üzürlər"

“Çox səhvlərim olub. Amma bunları səhv kimi qəbul etməmişəm, təcrübə bilmişəm. Yanlış insanla oturub-durmaq sənətkarın səhvi deyil. Elə həmkarım olub ki, onunla oturub-durmağımın yanlış olduğunu anlamışam. Bu, insan kimi Faiq Ağayevin səhvi olub. Sənətkar Faiq Ağayev bunu yanlışlıq bilmir”.

Mynews.az-ın məlumatına görə, bu sözləri xalq artisti Faiq Ağayev “Lider maqazin”ə açıqlamasında deyib. 

Müğənni bildirib ki, gənc ifaçıların bəziləri onu, Aygün Kazımovanı və Röyanı örnək götürüb sənətə gəlirlər:

"Fikirləşirlər ki, Aygün, Röya, Faiq yağın içində üzürlər, istənilən qapını açıb keçirlər. Bizdə elə olacağıq. Demirlər ki, biz iş görmüşük, güc sərf etmişik. Xalq bizi buna görə qaldırıb. Messiyə baxıb "Messi olacam" deməklə alınır? Bizim səviyyəyə gəlmək mütəxəssilik tələb edir. Şou-biznesin kəfənini geyinirsənsə, o deməkdir ki, təqiblərə məruz olmağa hazırsan. Kim qəşəng həyat yaşaya-yaşaya kəfən geyinir? Amma onlara demək istəyirəm ki, kim olursunuzsa olun, əsas özünüz olun".

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...