Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elnur Hüseynov ADO-nun yubileyində çıxış edəcək - FOTO

ADO teatrının fəaliyyətinin 5 ili tamam olması münasibətilə hazırladığı geniş tədbir proqramında “O Səs Türkiyə 2015”-in qalibi Elnur Hüseynov da çıxış edəcək.

Publika.az xəbər verir ki, bu barədə teatrın rəsmi səhifəsində məlumta verilib. Tədbirdə ADO-nun stilinə işarə olan yeni “Dağınıq bir Oda” adlı performans nümayiş olunacaq. Daha sonra ADO-nun qurucusu Elmin Bədəlovun “5 illik ADO yolu” çıxışı nəzərdə tutulub. Ölkəmizi ilk dəfə “Eurovision” yarışmasında təmsil edən, eyni zamanda “O səs Türkiyə”nin qalibi olmuş, sevilən musiqiçi Elnur Hüseynovun çıxışı olacaq. Eyni zamanda ADO-nun “Hamam”, “Qadın səsi”, “Haaay Toğrul” və.b qısa performansları nümayiş olunacaq. Bundan əlavə “Les Gardiens Du Silince” qrupunun canlı ifası nəzərdə tutulub. Həmçinin gənc rejissor Leyli Qafarovanın bir ildən artıqdır ki, ADO haqda çəkdiyi sənədli filmin qısa fraqmentləri nümayiş olunacaq. Eyni zamanda ADO tarixindən bəhs edən fotolar da tamaşaçılara təqdim olunacaq. Həmçinin DJ Toğrulun çıxışı nəzərdə tutulub. Rəssam Samir Salahovun da küçə performansı olacaq.

Qeyd edək ki, Azərbaycanın ilk müstəqil teatrı olan ADO-nun (Azərbaycan Dağınıq Oda teatrı) təntənəli yubiley tədbiri olacaq. Alternativliyi, fərqli üslubu, modern, kreativ, art-underground nümayişləri ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO iyulun 15-də 5-ci ilini açıq elan edəcək. Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən ADO teatrı bu il 5-ci ilinin açılışını Yarat Müasir İncəsənət Mərkəzində keçirəcək. “Dağınıq bir Oda” adlı genişmiqyaslı tədbir saat 17:00-dan başlayacaq.

Onu da qeyd edək ki, ADO teatrını 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. E.Bədəlov daha sonra ADO-nu təsis edib. Bir müddət sonra iki teatrı birləşdirərək bir ad altında – “ADO Theatre – Collective” kimi fəaliyyətini genişləndirərək davam etdirir.

ADO ölkənin ilk müstəqil fəaliyyətə başlamış teatrıdır. Klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub. ADO hər kəsi öz yubiley tədbirinə dəvət edir!

Giriş sərbəstdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...