Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Xoşbəxt qadınam, sevilirəm" - Vüsalə Əlizadə - FOTOLAR

Bu gün aparıcı Vüsalə Əlizadənin ad günüdür.

Mynews.az-ın məlumatına görə, aparıcının 33 yaşı tamam olur.

Vüsalə təəssüratlarını bölüşərək, onu ilk təbrik edənin qızı Dilək olduğunu vurğulayıb:

“Bu gün mənim günümdür. Təqvimin bu gününü həm çox həssas, həyəcanlı, həm də kövrək oluram. Amma hər günümə, yaşadığım yaxşıya, pisə şükür edirəm. Bu günü yaşadan rəbbimə şükürlər olsun. Şahzadəm (qızı Dilək – red.) məni təbrik etdi. Mənim üçün hazırlaşıb, artıq bunu dərk edir, böyüyüb, həyata, insanlara öz baxışı, fikirləri var. Dünyanın ən bəxtəvər anasıyam, balamı sevə-sevə böyüdürəm. Dünyanın ən xoşbəxt qadınıyam, sevilirəm, diqqət görürəm. Dəyər verən əzizlərim var. Nə yaxşı ki, mən varam, siz mənimsiniz. Bir yaş da böyüyən qara qız”.

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...