Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"İlin ən yaxşı serialı"nın yeni mövsümündən ilk - VİDEO

"Netflix" onlayn şəbəkəsi vasitəsi ilə yayımlanan "Stranger things" ("Qəribə işlər") serialının ikinci mövsümünun ilk tizeri təqdim edilib.

Mynews.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu mövsümdə də Uill, Mayk, Dastin, Lukas və "Eleven" paralal dünya ilə təmasda olacaqlar və qorxulu anlar yaşanacaq.

Baş rollarında Finn Vulfard, Milli Bobbi Braun, Kaleb MakLaflin və Noy Şnapp kimi uşaq ulduzların və tanınmış aktrisa Vaynona Rayderin çəkildiyi ekran işi 27 oktyabrda "Netflix"də yayımlanacaq.

Qeyd edək ki, "Stranger things" ötən ilki mövsümü ilə "Amerikan Film İnstitu"nun "top 10"luğunda birinci olub. Bundan başqa "MTV" mükafatlarında "İlin ən yaxşı serialı", "Ən yaxşı aktyor" və digər nüfuzlu mükafatlara layiq görülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...