Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı hansı aktyor "Kardeşim benim 2"yə çəkilir? - FOTO

Aktyor Kamran Ağabalayev Türkiyə istehsalı olan "Kardeşim benim 2" filmində rol alacaq.

Aktyor Burak Özçivitin prodüserliyini etdiyi ekran işində onunla yanaşı Murad Boz da çəkilir.

K.Ağabalayev əməkdaşımızla söhbətində bildirib ki, iyulun 16-da çəkiliş komandasına qatılacaq:

"Filmin çəkilişləri başlayıb. Mən də 16-da gedəcəm. Ssenari haqqında çox danışmağa ixtiyarım yoxdur".

Qeyd edək ki, "Kardeşim benim 2"nin çəkilişləri Çanakkalenin Bayramiç rayonunda aparılır. Ekran işinin noyabrın 24-də təqdim olunması planlaşdırılır.

Filmin birinci hissəsində aktrisa Aslı Enver də rol almışdı. İkinci hissədə isə onun olub-olmayacağı sirr saxlanılır. Hətta filmdə Merve Boluğurun çəkiləcəyi xəbəri də yayılmışdı.

(axşam.az)

Azərbaycanlı hansı aktyor

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...