Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlqar Mikayıloğlunun vəziyyəti ilə bağlı - ATV-dən AÇIQLAMA

Xəbər vermişdik ki, aparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb.

Mynews.az-ın məlumatına görə, Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı ilan sancıb və o, dərhal hospitalına aparılıb.

A24.az  "ATV” telekanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovla əlaqə saxladı:

” Yeni mövsümdən yayımlanacaq "İlqarla bir gün” adlı verilişin pilot çəkilişi üçün Füzuli rayonunun Haramı düzü adlanan yerində olublar. Aparıcını çəkiliş zamanı su ilan sancıb. Təcili tibbi yardım çağırılıb və onlar önləmalıcı iynə vurub gediblər. Hazırda vəziyyəti yaxşıdır, həyati təhlükəsi yoxdur. İlk anlar ilan sancma xəbərindən həyəcanlanan İlqar Mikayıloğlunun xanımı Zülfiyyə xanım vəziyyətinin ağır olduğunu bildirib. Amma heç bir həyati təhlükəsi yoxdur, bir qədər özünə gəldikdən sonra çəkilişləri davam etdirəcəklər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...