Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur model ikinici dəfə özündən 7 yaş kiçik milyarderə ərə getdi - VİDEO - FOTOLAR

“Snapchat”in icraçı direktoru Evans Şpiegellə evlənən top model Miranda Kerr toy fotolarını paylaşıb.

Publika.az xəbər verir ki, Miranda Kerr təxminən iki ildir sevgili olduğu milyarderlə iki ay əvvəl evlənib. Cütlüyün sadə toy mərasimində 40-a yaxın qonaq iştirak edib. İki ay əvvəl özündən 7 yaş kiçik iş adamı ilə ailə quran avstraliyalı model toy şəkillərini dünən instaqramda paylaşıb.

Miranda Kerr möhtəşəm gəliyinliyin “Dior” moda evinə aid olduğunu qeyd edib. O, sözügedən brendin kreativ dizayneri Mariya Qrasiya Kyuriyə dərin təşəkkürlərini bildirib.

Dəb tənqidçiləri modelin gəlinliyinin əfsanəvi aktrisa və şahzadə Qreys Kelli, həmçinin Odri Hepbrunun gəlinlik paltarının qarışdırılmış versiyası olduğunu bildirib.

Məlumat üçün bildirək ki, Evan Şpigelin 27, Mirandanın isə 34 yaşı var. Miranda Kerr bir dəfə Orlanda Blumla evli olub. Onun bu nikahdan bir oğlu var. Şpigel isə heç vaxt evli olmayıb.

Dünyanın ən gənc milyarderi olaraq "Forbes" jurnalında yer alan gəncin ümumi sərvəti 1,9 milyarda çatıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...