YOL POLİSİ: Şəbnəm Tovuzlu cəzalandırılacaq - Araşdırmalar başladı - VİDEO
Şəbnəm Tovuzlu ötən gün keçirdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı “İnstaqram” səhifəsində video paylaşıb. Müğənni həmin videoda bildirib ki, baş verən hadisədən yol polisinin xəbəri olmayıb. Tərəflər bu məsələni öz aralarında həll edib:
“Bəli, mən qəza keçirdim, əzildim. Çox pis şok yaşadım. Yol polisinin bunu qeydə almağa fürsəti olmadı, heç ehtiyac da olmadı. Biz toqquşduğumuz insanla öz aramızda razılığa gəldik. Həkimə çatmağım lazım idi, qeydiyyata alınmağı lazım deyildi, yol polisi də hadisəni bilmədi”.
Mynews.az xəbər verir ki, baş verən hadisəylə bağlı Metbuat.az-a münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, məsələ araşdırılacaq, fakt təsdiqini taparsa, xəta törədən məsuliyyətə cəlb edilə bilər:
“Məsələdən polisin xəbəri oldu. Polisə baş verən hadisə ilə bağlı məlumat verilmədiyi üçün inzibati xəta tərkibi yaradır. Çox güman ki, aidiyyatı üzrə araşdırmanın aparılması prosesinə də başlanılacaq. Ümumiyyətlə, sürücülər baş verən qəzaları öz aralarında həll etsələr də, qanun deyir ki, yol-nəqliyyat hadisəsi baş veribsə, polisə mütləq məlumat verilməlidir. Xəsarətin dərəcəsindən asılı olaraq, polis bunu araşdırır və protokol tərtib edir. Söhbət maddi zərərdən gedirsə, bu, qanunla səndləşdirilməli, müvafiq arayış verilməlidir ki, əzilmiş avtomobil həmin arayış hesabına təmir olunsun. Tərəflər arasında şikayətin olub-olmamsından, dəyən ziyanın maksimum-minimumundan asılı olmayaraq, yol-qəza hadisəsi mütləq polisdə qeydiyyatdan keşməlidir. Yəni, polisin məlumatın olmalıdır. Deyilməyirsə, bu, inzibati xəta tərkibi yaradır”.
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 958 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 916 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 908 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 907 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 904 dəfə oxunub