Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı müğənni Nigar Camal erməni MİLLƏTİNİ RÜSVAY ETDİ - " Uşaqları zorlayan pe..."

Tanınmış müğənni Nigar Camal ermənilərin tarixən azərbaycanlılara qarşı düşmən mövqedə durmasından danışıb.

Mynews.az bildirir ki, bu barədə big.az-a danışan müğənni olduğu ölkələrdə ermənilərlə qarşılaşmadığını, qarşılaşsaydılar böyük bir qalmaqalın yaşanacağını bildirib:

"Bilirsiniz ki, mən İngiltərədə yaşayıram. Orada üstünlüyü azərbaycanlılar təşkil edir. Ermənilər demək olar ki, yoxdur. Mən orada heç vaxt ermənilərlə qarşılaşmamışam. Onlarla "Eurovision" musiqi yarışmasında üz-üzə gəldik. Qarabağla bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə də iştirakımız zamanı da ermənilərə rast gəlmədik. Əgər onlarla belə bir tədbirdə üz-üzə gəlsəydik, təbii ki, onlarla aramızda skandal yaşanardı".

Bir neçə gün bundan öncə ermənilərin atdığı mərmi nəticəsində şəhid olan iki yaşlı Zəhradan da danışan müğənni ermənilərin bu hərəkətini pisləyib:

"Bu yaxınlarda ermənilərin atdığı mərmi nəticəsində iki yaşlı Zəhranın şəhid olması bizi həqiqətən üzdü. Biz həmin vaxt çəkilişdə idik. Mənə bunu çəkiliş vaxtı göstərdilər. Çəkilişin necə bitdiyini də bilmədim. Dərhal o şəkili paylaşdım və düşmənin bu vəhşiliyini istədim ki, bütün dünya görsün. Mən özüm də anayam, bir ana kimi mən heç vaxt istəməzdim ki, balalarımız şəhid edilsin. Onlar bu gün ölmək yox, oynamaq istəyirlər. Onların heç bir günahı yoxdur.
Hətta sosial şəbəkədə belə bir şeyə rast gəldim ki, ermənilər bildiriblər ki, uşaqları zorlayarıq və s. Mən təsəvvür etmirəm ki, normal insan belə sözlər yazsın. Məncə, o ermənilər pedofildirər. Bəlkə də onlar öz uşaqlarını da zorlayırlar".

Nigar Camal sənəti ilə bağlı yeniliklərdən də söz açıb. O bildirib ki, film çəkilişləri zamanı ayağından travma da alıb:

"Bildiyiniz kimi film çəkilişlərimiz gedir. Aktrisalıq çox maraqlıdır. Həm də çətinlikləri var... Hətta film çəkilişi zamanı travma da almışam. Mən bu qədər çətin olduğunu bilmirdim. Yuxusuz gecələrimiz olur, amma buna rəğmən çalışırıq ki, film gözəl alınsın".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...