İlhaməyə "AA" seriyalı nömrəni Səhiyyə Naziri hədiyyə edib? - AÇIQLAMA
ATV-nin aparıcısı İlhamə Bədəlovanın "AA” seriyalı avtomobil idarə etməsi bir mənalı qarşılanmayıb.
Aparıcının bu nömrəni haradan və kimdən aldığı müzakirə mövzusuna çevrilib.
Mynews.az xəbər verir ki, azxeber.com məsələ ilə bağlı teleaparıcının özü ilə əlaqə saxlayıb. İlhamə Bədəlova deyib ki, mətbuatda yazılanların ona dəxli yoxdur:
"Bu haqda ümumiyyətlə danışmaq istəmirdim. Kim nə istəyir yazsın. Mən artıq məhkəməyə hazırlaşıram. Sosial şəbəkədə şərh yazan hər kəslə məhkəmədə görüşəcəm. Qoy o yazdıqları yazıları əsaslandırsınlar. Məni təhqir edənlərə o təhqiri yedizdirəcəm. Mən uşaq deyiləm. O yazanlar bir cümlənin ən azı birini sübut etsin, o biri cümlələri onlara bonus verəcəm"
İlhamə bir ara şou verilişi aparsa da, daha sonra səhiyyə verilişi ilə tamaşaçıların önünə çıxıb. Hətta iddia olunur ki, aparcının Səhiyyə Nazirliyi ilə yaxın əlaqələri var və nömrəni də ona Səhiyyə Naziri Oqtay Şirəliyev hədiyyə edib.
Aparıcı bu məlumatı da təkzib edib və onu yayanları səviyyəsiz adlandırıb: "İnsanların ağzı torba deyil ki, tikim. Hamısı səviyyəsizdilər ağızlarına nə gəldi danışırlar. Mən nə edə bilərəm. Sadəcə deyə bilərəm ki, kim nə yazır, kim nə deyir ehtiyyatlı olsun, bütün yazılar saxlanılır, hamısına görə cavab verəcəklər.”
Teleaparıcı "AA” seriyalı nömrəni nəcə əldə etməsinə sualına isə cavab verməyib.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1003 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 963 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 953 dəfə oxunub