Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İş adamlarını çılpaq fotoşəkillərlə təhdid edən modellər həbs olundu - FOTO - FOTOLAR

İstanbul və Adanada zəngin iş adamlarını evə nahara dəvət edərək, silah gücü ilə çılpaq fotoşəkillərini çəkib, şantaj edən şəbəkə üzvləri (4 nəfər) İstanbul polisi tərəfindən saxlanlıb. Onlardan birinin “The Queen of Eurosia” gözəllik yarışmasının qalibi Sibel Demiralp olduğu ortaya çıxıb. O, həmin müsabiqədə birincilik qazanan ilk türkiyəli modeldir. S.Demiralp cari ilin mart ayında təşkil edilən “Fashion Week” nümayişinə hazırlanarkən infarkt keçirib.

Mynews.az bu barədə Oxu.az-a istinadla xəbər verir.

İş adamı Həsən F. 11 iyulda prokurorluğa verdiyi şikayət ərizəsində bunları qeyd edib: “3-4 ay əvvəl bir dəb nümayişində tanış olduğum model Sibel Demiralp məni Şişlidə olan bir evə nahar etməyə çağırdı. Mən də dəvəti qəbul etdim. Səhər yeməyi zamanı bir anda 5 kişi ortaya çıxıb, məni vurmağa başladı.

Paltarlarımı soyundurub, pul və kredit kartlarımı aldılar. Modellə birlikdə çılpaq fotoşəkillərimizi çəkdikdən sonra başıma silah dayayaraq onların bank hesabına pul köçürməyimi istədilər. Mən də can qorxusu ilə 240 min lirəni həmin hesaba yatırdım. Polisə şikayət etməyim deyə, çılpaq fotoşəkillərimizi internetdə yayacaqları ilə məni təhdid etdilər”.

Bu şikayət məktubundan 48 saat sonra İstanbul Mütəşəkkil Cinayətlər üzrə Mübarizə qrupları tərəfindən Ahmet Sertkaya və Ferdi Aslan adlı şəbəkə üzvləri Bağçılar və Küçükçekmecedə həbs edilib. Cinayətkar dəstə ilə birlikdə təqib olunan daha iki model - Sibel Demiralp və Merve Ekşi də polis əməkdaşları tərəfindən saxlanılıb. Həbs olunan həmin dörd nəfər günahlarını etiraf edib və ötən 4 ay içərisində eyni üsulla daha 3 nəfər iş adamını şantaj etdiklərini bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...