Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aygünlə Röyanı barışdırmaq istəyir - FOTO

Aktyor Allahverdi Yolçuyev xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxanı barışdırmaq istəyir.

Mynews.az-ın məlumatına görə, aktyor bu haqda “ATV maqazin onlarla” verilişində deyib.

O bildirib ki, hər iki müğənni ilə dostdur və onları barışdırmağa nail ola bilər:

“Aygün də, Röya da mənə yaxın olan insanlardır. Məmnuniyyətlə ikisini də barışdırardım. Mənim sözümə baxarlar. Aygün xanım mənə "Alı kişi" deyir. İkisinin də mənə hörməti var. İki küsülü insanı barışdırmaqdan gözəl heç nə yoxdur. Bu dünya fanidir, parıltılar müvəqqətidir. 

Şou-biznes nümayəndələrində kalsium, sinq çatışmır. Onlar vaxtında bu vitaminlərlə təmin olsalar, dava, özünü tərifləmək yox olar. Bir-birilərini bizləyə-bizləyə gedirlər".

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...