Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Sevda Muradın səsini, mahnılarını bəyənmir"

Müğənni Murad Arif və Sevda Yahyayeva “Hər şey daxil” verilişinin qonağı olub.

Mynews.az-ın məlumatına görə, M.Arif Sevdanın onun mahnılarını bəyənmədiyini deyib

Murad aparıcıların "Niyə Sevdaya gec-gec mahnı verirsən? Pulu az ödəyir" sualına belə cavab verib:

“Röya və Xəyyamın oxuduğu “Sənə ehtiyacım var”ı ilk Sevdaya göndərdim. Oxumadı, dedi, sözləri primitivdir. Pul kənarda qalsın, biz dostuq. “Bu şəhər ikimizə dar” mahnısı da ilk Sevdaya göndərildi. Adını çəkmədiyim bir neçə mahnını da ilk ona göndərmişəm. Hamısını bəyənməyib. Gedib başqası oxuyur, sonra peşman olur. Düşünürəm ki, Sevdaya mahnı bəyəndirmək üçüm ilk əvvəl başqasına oxutdurmalıyam. Nadir Qafarzadənin “Sən gecə dəlisisən” mahnısını da Sevdaya göndərmişdim, amma istəməmişdi. Məsələ odur ki, Sevda Muradın ifasını, səsini sevmir”.

S.Yahyayeva “Bütün yazdığı mahnını ilk mənə göndərib. Elə utanıram ki...” cavabını verib.

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...