Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Özünü və qızını öldürmək istəyən Aysel Əlizadədən ETİRAF: - "Bunu hamı biləcək..."

Yazıçı-şair Aysel Əlizadənin özünü və uşağını öldürəcəyi ilə bağlı yazdığı status geniş müzakirələrə səbəb olub. Onun fikirləri insanlar tərəfindən birmənalı qarşılanmayıb:

«Beynim darmadağındı. Neçə vaxtdı ölümün bir addımlığındayam, özümü qızımın xətrinə saxlayıram. Psixoloji məqamlar çoxdu. Son günlər isə düşünürəm: bəlkə ikimizi də öldürüm? Bu qədər qəddar ruh halındayam. Bunu ona görə yazıram ki, bir vaxt sizə “intihar həddində insanlardan kömək istəyin” demişdim. Mən verdiyi məsləhətlərə özü əməl edən adamam. Nəsə deyin, hansısa sözlə kömək edin. Sakitləşə bilmirəm…»

Mynews.az xəbər verir ki, Yenicag.az yazarla əlaqə saxlayıb. Bu barədə danışmaq istəmədiyini deyən Aysel statusunun xəbər saytlarında yer almasına etirazını da bildirib:

“Hər kəsin həyatında ruh düşkünlüyü yaşadığı zaman olur. Heç kim deyə bilməz ki, ömrüm boyu bir dəfə də olsun psixoloji sarsıntı keçirtməmişəm. Mən də adi insanlardan biriyəm və bu halı yaşayıram. Hazırda halım çox pisdir. Buna səbəblərim var, hələ ki açıqlamaq istəmirəm, vaxtı çatanda deyəcəm. İnsan öz zəifliyini göstərirsə, bu, həm də onun güclü olması deməkdir. Mən gizlətmirəm bunu. Sadəcə olaraq yazdım, insanların məsləhətlərini eşitmək istəyirəm. Anam da yanımdadır. Psixoloqa da müraciət edəcəm”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...