Şəbnəm Tovuzlu mahnı oxuya-oxuya yol hərəkəti qaydalarını pozdu - VİDEO
Müğənni Şəbnəm Tovuzlu bu dəfə sənəti ilə yox, yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə gündəmə gəlib.
Mynews.az Avtosfer.az-a istinadla xəbər verir ki, müğənni sosial şəbəkədə video paylaşaraq avtomobildə mahnı oxuduğunu nümayiş etdirib. Hadisə baş verən vaxt avtomobili başqa bir xanım idarə edib. Onların hər ikisi təhlükəsizlik kəmərindən istifadə etməyib. Üstəlik, Şəbnəm Tovuzlu video çəkərkən sürücünün diqqətini yayındırıb.
İnzibati Xətalar Məcəlləsinə görə, sükan arxasında olan sürücünün diqqətini yayındırmaq 40 manat cərimələnmə ilə nəticələnə bilər. Bundan əlavə, Şəbnəm Tovuzlu sərnişin qismində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün 30 manat cərimə olunmalıdır.
Cərimələr bir yana, onun bu hərəkəti olduqca təhlükəlidir. Sürücünün diqqətini yayındırdığı üçün hər an qəza baş verə bilər. Elə buna görə də, sosial şəbəkələrdə yayılan bu videoya belə şərhlər yazılıb: “Vaxtınız olanda yola da baxın ki, kimisə bədbəxt etməyin”.
A.S.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 989 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 953 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 943 dəfə oxunub