"Bəzi qızlar Amerikaya gedib ər axtarışına çıxırlar" - Günel-FOTO
Keçmiş teleaparıcı Günel Hümbətova sosial şəbəkədə həyat yoldaşı ilə tanışlıq hekayəsindən yazıb.
Mynews.az-ın məlumatına görə, Günel ailə qurmamaq haqda fikrinin əri Firuz Soliyevə görə dəyişdiyini qeyd edib:
“Doğmalarım, qismət... Josi dünyaya gəlməliymiş... Firuzu tanımalıymışam. Özü də okeanın o tayında... Hər yaşadığımız an film kadrları kimi gözümün önündən keçir. Amerikaya kursa getmişdim. Əslində, heç Amerikaya da getməyəcəkdim. İstəyirdim radio diceyliyii üzrə təcrübə kurslarına yazılım. Fikrimdə Avropa ölkələri var idi. Onlayn axtarış verdim, qarşıma xarici ölkələrə dil kurslarına göndərən şirkətin saytı çıxdı. Şərtlərini çox bəyəndiyim üçün onlara məktub yazıb dərhal görüş təyin etdim. Sənədlər, viza, işdən arayış, icazə... Gəlib çıxdım Nyu-Yorka və tale qarşıma onu çıxartdı. 1 ay sonra Bakıya qayıtdım və o, mənə bir neçə həftə sonra sürpriz etdi. Məni görmək üçün heç vaxt olmadığı şəhərə işdən 3 günlük icazə alıb 12 saatlıq yolu qət etdi. Bunu deməyimdə məqsəd odur ki, bu, həqiqi hislər üzərində, heç bir çal-çağırsız qurulan ailədir”. Günel bəzi qızların onun yolu ilə getməyə çalışaraq Amerikada ər axtarışına çıxdıqlarını deyib: “Həyatımdakı bu dəyişikliklə bəzi gənc qızlara stimul vermişəm. Bir neçəsi Amerikaya köçüb dərhal ər axtarışına çıxır. Məni araşdırıb həyatımda baş verənləri təkrarlamağa çalışırlar, hər yerdə qulağım var. Sözüm onlaradır ki, ilk növbədə özünüzü tapın, sonra qismətinizdəki ər qarşınıza çıxacaq. Məni tanıyanlar bilir ki, ailə quracaq ən son insan idim. Tale onu qarşıma çıxarana kimi...". Qeyd edək ki, Günel Hümbətova ilə Firuz Soliyevin Jozefina adlı bir qızı var.

Loading...
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 952 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 924 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 915 dəfə oxunub
loading...