Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elşən Xəzər: - "Tələbələrim var, amma mən yoxam"

Şair,meyxanaçı,aktyor Elşən Xəzər Bibisi.az saytına müsahibə verib.


İnsanların etiqad və inamlarından razısınız?



Hər yerdə həm müsbət həm mənfi tərəf var. Amma əfsus ki, dünyanın çox hissəsi mənfi tərəfdədi. İnsanlar Allahın buyurduqlarından nə qədər kənar olsa bəlalar o qədər çoxalacaq. Çünki sistem belədi. Günah çoxaldıqca bəla da çoxalır. Gənclərə tövsiyyəm budur ki, Allah deyənlə yaşasınlar. Belə olduqda getdikcə dünya gözəlləşəcək,insanlıq da diriləcək. Dünyada insanlıq uçurumdadı. Bunu ancaq bizim gənclərimiz xilas edə bilər. Artıq yaşlı insanların gücü yoxdu.Gənclər ancaq Allahın dedikləri ilə dünyanı xilas edə bilər. Mən cavanları dinə, ataya,anaya, öz millətinə, başqa millətlərə hörmət,dostluq-qardaşlığa dəvət edirəm.

Şou biznesə qayıtmaq fikriniz var?

Şou biznesdən çoxdan uzaqlaşmışam.Qayıtmaq fikrim yoxdu. Tələbələrim var. Taleh və digər tələbələrimi göstərirlər. Amma mən yoxam.

Sizdən sonrakı fəaliyyətlərindən razısınız? 


Əlhəmdulillah. Yaxşıdılar. Hər zaman insanları ibrətamiz sözlər, saf sevgiyə dəvət etmişik. Tələbələrim də insanları eyni qayda ilə düzlüyə, təmizliyə,saflığa dəvət edirlər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...