Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı məşhurlardan Ququşa SƏRT SÖZLƏR: - Əri erməni olan...

Ququşun avqustun 31-də Ermənistanda konsert verməyə hazırlaşmasını azərbaycanlı pərəstişkarlarının etirazla qarşıladığını xəbər vermişdik.

Mynews.az bildirir ki, Publika.az məsələ ilə əlaqədar olaraq yerli ifaçılarımızın münasibətini öyrənib. Müğənnilərin hər biri bu xəbərə məyus olduqlarını desə də, fikirlər müxtəlif olub.

Xalq Artisti Faiq Ağayev Ququşun sosial şəbəkələrdə ictimai qınağa tuş gəlməsini düzgün addım hesab etdiyini deyib:

“Təbii ki, qınanılmalıdır, Ququş azərbaycanlıdır. Təbii ki, 50 milyonluq azərbaycanlı ondan inciyəcək. Amma burda qəribə bir hal yoxdur. Çünki onun produseri, eyni zamanda həyat yoldaşı ermənidir. Yəqin ki, ərinin dediklərinin dalınca gedir. Bəzi ifaçıların musiqi sərhəd, dil, din tanımır kimi bəhanələr gətirərək ona bəraət qazandırdığını gördüm. Mən bunu dəxilsiz bəraət hesab edirəm. Bəli, musiqi din tanımır. Lakin müharibə mədəniyyətə və incəsənətin bütün sahələrinə mənfi təsir edir. Odur ki, sənət adamları bunu nəzərə almalıdır".

Xalq artisti, məşhur muğam ifaçısı Məsum İbrahimov etiraf edib ki, Ququşun bu addımı onu çox təəssüfləndirib:

“Sözsüz ki, xəbəri eşidəndə çox məyus oldum. Ermənistanla biz müharibə şəraitindəyik. Hesab edirəm ki, oraya gedən adam bizim düşmənimizdir. Belə gözəl səsə malik olan, xüsusilə Azərbaycanda sevilən ifaçının Ermənistanda konsert proqramı ilə çıxış etməsini istəməzdim. Çünki hamımız çox gözəl bilirik ki, ermənilər hər zaman Azərbaycanın zəngin milli-mənəvi, mədəni dəyərlərini mənimsəməyə çalışıb. Ermənistan tarix boyu imkan düşdükcə zəngin mədəni irsimizi özününküləşdirməyə, öz adına çıxarmağa çalışıb. Eyni zamanda Azərbaycanın işğala məruz qalmış ərazilərində milli sərvətimiz olan yüzlərlə maddi-mədəniyyət abidələrimiz erməni vandalları tərəfindən məhv edilib. Bu fakt da ermənilərin incənətə və mədəniyyətə olan münasibətini göstərir.

Əgər oraya gedərsə, biz də öz növbəmizdə adekvat addımlar atmalıyıq, Ququşun Azərbaycana gəlməsinə qadağa qoymalıyıq. Torpaqlarımızın 20 faizi işğal altında olduğunu, müsəlman qardaşlarının vəhşicəsinə qətl edilməsini bilə-bilə bütün bunlara göz yumaraq düşmən ölkədə konsert verməsinə yaxşı baxmıram”.

Tanınmış müğənni və aparıcı Murad Arif isə Ququşun iranlı olduğunu əsas gətirib:

“Mən bunu çox təbii qarşılayıram. Birinci faktor odur ki, Ququş iran müğənnisidir. İkincisi, İran Ermənistanla düşmən mövqeyinə deyil. İnsanlar bu gerçəkliyini qəbul etməlidir. Bizim din yaxınlığımız olmasına rəğmən bəzi həqiqətləri istəsək də, istəməsək də dərk etməliyik.

İllər öncə bacım Könül Arifqızı “Bir mahnının tarixçəsi” verilişi üçün Ququşun bioqrafiyasnı araşdıranda iranlı mütəxəssis və musiqiçilərlə ünsiyyət zamanı məlum olmuşdu ki, onun atası milliyyətcə azərbaycanlı, anası isə ermənidir”.

Məlumat üçün bildirək ki, Ququşun doğma xalası nəvəsi Ruanna Məmmədova (Rühəngiz) Azərbaycan mətbuatına verdiyi müshaibədə müğənninin anasının əslən gəncəli olduğunu bildirib. Sənətçinin uzaq qohumunun sözlərinə görə, Ququşun atasının adı Sabir olub. Həmçinin sayılıb-seçilən seyid-peyğəmbər nəslindən olduqlarını da vurğulayıb. Ruanna Məmmədova bildirib ki, bu haqda ona rəhmətlik nənəsi danışıb. Sərhədlərin bağlanması nəticəsində onlar da minlərlə azərbaycanlı kimi ayrılıqdan həsrət çəkənlərdən biri olub. Onun anası Nəsrinlə atası Sabir Gəncədə tanış olsalar da, İranda evləniblər. Bu evlilikdən təkcə Ququş dünyaya gəlib. Anası sonradan ikinci dəfə ailə həyatı qurub və bu evlilikdən iki qızı dünyaya gəlib. Atasının ikinci nikahından isə 3 uşağı dünyaya gəlib.

Картинки по запросу ‫گوگوش‬‎

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...