Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mətanət İsgəndərli toy hazırlığına başlayıb

Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin toyu olacaq.

Mynews.az-ın məlumatına görə, rəqqasə Fatimə Fətəliyeva müğənni və övladının şəklini paylaşaraq “Allah Ülkər balamızı xoşbəxt eləsin. Tezliklə toy olacaq” şərhini yazıb.

Qeyd edək ki, M.İsgəndərli açıqlamasında toyun sentyabrda baş tutacağını deyib. Ülkərin nişanı martda olub. Onun ailə qurmağa hazırlaşdığı şəxs Türkiyə vətəndaşıdır.

Ülkərin toyu həm Bakı, həm də qardaş ölkədə olacaq.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...