“Vicdan haqqı”nın aktyoruna protez qoyulub - FOTO
“İyulun 7-də cərrahiyyə əməliyyatım oldu. Bu gün əməliyyatımdan 20 gün ötür. 10 gün xəstəxanada qaldım. Hazırda Gəncədəyəm və müalicəm davam edir”.
Lent.az xəbər verir ki, bunu PrimeTime.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov deyib. Onun çanaq oynağının yuxarı, (baş) hissəsi dəyişdirilərək, süni protezlə əvəz olunub.
İlham Hüseynov əməliyyatdan sonra bərpa prosesi keçdiyini deyir: “Xəstəxanadan çıxandan sonra bir-iki gün Bakıda qaldım. Sonra Gəncəyə gəldim. Hazırda xüsusi əsa ilə gəzirəm. Ağrılarım azalıb. Amma ayağımı çox tərpədə bilmirəm. Çünki ayağım “donuq” vəziyyətdədir. Yəni ayağımı çox hiss etmirəm. Həkimlər bir müddət belə olacağını mənə demişdilər. İki ay əsa ilə gəzəcəm. Əslində yaxşıyam. Sadəcə, hərəkət məhdudiyyətinin olması adamı narahat edir. Amma dostlarımın sayəsində darıxmıram. Avtomobillə gəzirəm. Gəncə Teatrına gedirəm. Tanışlarla görüşüb, söhbət edirəm. İnşallah, avqustun sonuna qədər Gəncədə qalacam. Məni görmək üçün Rusiyada yaşayan qardaşım da Gəncəyə gəlib. Allah qoysa, sentyabrın əvvəlində Bakıya qayıdacam”.
Qeyd edək ki, İlham Hüseynov uzun illər ortroz xəstəliyindən əziyyət çəkib.
Loading...
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 997 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 959 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 949 dəfə oxunub
loading...