Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Manananın sponsoru var idi, mənim isə..."

"Qalmaqalsız təbəqədəyəm. Ağılsız, dünyagörüşsüz deyiləm. Xaricdən gəlib Azərbaycanda baş çıxaran yeganə müğənniyəm. Manana bura böyük dəstəklə gəlmişdi, sponsorları var idi. Mən isə bura tək gəldim, heç nəsiz".

Mynews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Aslan Hüseynov "Lider maqazin"ə açıqlamasında deyib. 

Sənətçi gündəmdə qalmaq üçün qalmaqal etməyi özünə yaraşdırmadığını deyib:

"Səviyyəli işlə görünmək istəyirəm. Qalmaqal edənlər səviyyələrini yerə salıblar. Sənətə yeni gələndə mən də qalmaqal etmişəm. İndi o səviyyədə, yaşda deyiləm ki, qalmaqal edim. 

Mən aslanam, heç kimdən qorxmuram. Mənə dəyəndən də əl çəkmərəm. Hamı bilir ki, heç kimlə işim yoxdur. Aslanın yerində heç kim ola bilməz. Mənə qarşı olan çərçivəni heç kim keçməsin. Keçən sonradan üzr istəyib. 

Bir vaxtlar mənim arxamda duranlar indi də var. Sadəcə, gedib kiminsə qapısını döymərəm ki, mənə konsert edin. İstəmirəmo səviyyədə olum. Bağını göstərib, başqasının maşınına minməklə gündəm olmaz. Ucuz reklam mənlik deyil. Ona görə də bu gün ucuz səhnədə yoxam".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...