Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qızım şəxsi həyatımla bağlı nəsə eşidəndə yazır ki..."

Əməkdar artist Tünzalə Ağayeva qızı Fidandan danışıb.
 
Axşam.az-ın məlumatına görə “Xəzər maqazin”ə danışan müğənni qızını sərbəst böyütdüyünü bildirib:
 
"Mümkün qədər övlada azadlıq vermək lazımdır. Bu baxımdan düşünürəm ki, demokratik anayam. Övladımın psixologiyası, mənəvi rahatlığı mənim üçün önəmlidir. Biz qızımla çox açığıq. Şəxsi həyatımla bağlı xəbər eşidəndə tez mənə gülməli mesajlar yazır ki, “ana, nəsə baş verir?”. Fidanın 19 yaşı var. Hər şeyi çox yaxşı başa düşür. Bir-birimizi çox gözəl anlayırıq. Şükürlər olsun ki, şəxsi həyatımla bağlı da hər şey yaxşıdır. Mən şəxsi həyatımı heç vaxt açıq göstərmirəm. Onun üzərində piar qurmuram”.
 
Tünzalə qızının xarici ölkədə yaşadığını deyib: 

“Qızım başqa ölkədə təhsil alır. Daim əlaqə saxlayırıq. O, mənə arxayın böyüyürdü. Yanında ana, nənə, baba var idi. İstədim ki, həyatı özü başa düşsün. Heç vaxt ona nəyisə diktə etməyə çalışmamışam. İstəmişəm, özü qərarını versin. Görmüşəm səhv edir, amma müdaxilə etməmişəm ki, qoy özü hər şeyi həll eləsin”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...