Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Xəyanət də gördüm..." - Samira

"Həyatımda xəyanət də gördüm, zərbə də aldım. Çox pis dost xəyanəti ilə üzləşmişəm. Amma mən o insanı bağışlamışam. Mütləq bağışlamalıyam. Kimisə bağışlamasam, məni də bağışlamayacaqlar".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Samira Allahverdi "ATV maqazin onlarla"ya açıqlamasında deyib. Sənətçi xəyanətdən danışaraq, bu hissləri yaşadığını etiraf edib. 

Samira bildirib ki, sənətdə birincilik iddiasında olmayıb:

"Heç vaxt sənətimdə birinci olmaq istəməmişəm. Belə iddiam olmayıb. Çünki mənim həyat tərzim başqa cürdür. Təkəbbürdən uzaq insanam, ona görə, mənə yaraşmaz ki, “mənəm-mənəm” söyləyim. Əslində həyatda özümə qiymət vermirəm. “Özümü çox sevirəm” - məndə belə şeylər yoxdur. Bir parça çörək pulumu qazanıb balalarımı dolandırıramsa, nə xoşdur mənə. Heç efirlərə hər gün çıxmaq da istəmirəm”.

Samira tez inciyən olduğunu söyləyib:

“Küsəyən yox, tez inciyirəm. Xasiyyətim belədir. Amma mənim könlümü almaq çox asandır. Üzümə gülüb, xoş rəftar eləsinlər, vəssalam, hər şeyi unuduram”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...