Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Emin Trampı Bakıya dəvət etdi

Ötən bazar günü Bakıda 4 günlük “Jara” musiqi festivalı yekunlaşıb. Festivalda Rusiya şou-biznesinin bir çox ulduzları iştirak ediblər.

Mynews.az virtualaz.org-a istinadən xəbər verir ki, festivalın təşkilatçılarından biri, məşhur azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov bu möhtəşəm tədbirin yekunları barədə "Komsomolskaya pravda"ya danışıb.

“Mən çox istərdim ki, bu festivalın hüdudları olmasın. Burada post-sovet və Rusiya şou-biznesinin nümayəndələri toplaşıb. Azərbaycan tamamilə neytral, dünyəvi, müstəqil dövlətdir. 70-ci illərdə burada caz festivalları keçirilirdi. Nəyə görə də bu ölkədə iri musiqi tədbirlərinin təşkili ənənələrini bərpa etməyək? “Jara” dəbdə olan, gənclərə yönəlmiş, eyni zamanda ənənələri nəzərə alan tədbirdir”- Emin Ağalarov bildirib.

Emin Ağalarov bildirib ki, festivala bütün tanışlarını və dostlarını, o cümlədən ABŞ prezidenti Donald Trampı, Robert de Nironu, Cennifer Lopesi də dəvət etməyi planlaşdırır: “Mən onları öz festivalımda gözləyirəm. Həyatımda qarşılaşdım istənilən adam mənim festivalımın arzuolunan qonağıdır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...