Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sevda əsəbiləşdi - "Sarı rəng təkcə Cennifer Lopez üçün yaranmayıb"

Müğənni Sevda Yahyayeva sarı libasda fotosessiyası ilə bağlı yaranan qalmaqala münasibət bildirib. 

Mynews.az axşam.az-a istinadən bildirir ki, "ATV maqazin onlarla"ya danışan Sevda libasının Cennifer Lopezin paltarına bənzədilməsini düzgün hesab etməyib: 

"Sarı rəng təkcə Cennifer Lopez üçün yaranmayıb. Diqqətlə baxsanız, onun paltarıyla mənimkində fərq var. Onun paltarının boynu var, məndə dekoltedir. Ayaq hissə onda açıqdır, məndə bağlıdır. Rəngləri eynidir, bu da normaldır".

Sevda daha sonra libası hazırlanarkən Cey Lo-dan yararlındıqlarını etiraf edib: 

"Dünya ulduzudur, hamımız baxıb izləyirik. Dünyada dəbi diktə edən xanımdır. Demirəm baxmadıq, baxdıq, amma onun geyimini olduğu kimi təkrar eləmədik". 

Qeyd edək ki, fotosessiya zamanı S.Yahyayevanın imicini Anar Ağakişiyev, libası isə modelyer Fikrət Əliyev hazırlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...